Maraqlı

Məktəbli qızın mədəsində iki rulon tualet kağızı tapıldı

14 İyul 2022 18:00
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada məktəbli qız kəskin qastrit şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Tibb müəssisəsinin həkimləri onun mədəsində saç və iki rulon tualet kağızı tapıblar.

Milli.Az bildirir ki, "Moskovski Komsomolets"in məlumatına görə, Speranski adına 9 saylı uşaq xəstəxanasına yeniyetmə qız qusma və qarnında şiddətli sancılarla daxil olub. O, həkimlərə deyib ki, klinikaya girməzdən iki gün əvvəl təxminən iki rulon tualet kağızı yeyib. Onun niyə bunu etdiyi məlum deyil.

Uşaqda qarın boşluğu ultrasəs ilə müayinə edilib və mədədə yuvarlaq şeylər tapılıb - yeyilmiş kağız rulonları və saç.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.