Maraqlı

Qoca arvad 21 dəfə qocalma əleyhinə iynə vurdu, axırda...

11 İyul 2022 16:37
0 Şərh     Baxış: 1 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1952-ci il təvəllüdlü Moskva sakini kosmetoloqa getdikdən sonra polisə ərizə ilə müraciət edib.

Milli.Az TASS-a istinadən bildirir ki, təqaüdçünü gəncləşdirmə prosedurunun nəticələri qane etməyib.

Qadın iddia edir ki, kosmetologiya klinikasının işçiləri fırıldaqçılardır, çünki onların prosedurları nəticə vermir. Hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib ki, "O, 200 min rubl (təxminən 3270 dollar) aldadıldığına iddia edir".

Rus qadın klinikada 21 dəfə qocalma əleyhinə dərman iynəsi vurduğunu, lakin vəd etdiyi nəticəni almadığını açıqlayıb. Polis müraciətlə bağlı araşdırmalara başlayıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.