Maraqlı

Qarpız təzyiq xəstələri üçün təhlükəlidir

5 İyul 2022 18:45
0 Şərh     Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarpız həm təzyiqi qaldırır, həm də kəskin salır. Ona görə də təzyiq xəstələri üçün qarpız təhlükəlidir.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, həkim dietoloq Yelena Solomatina qarpızın təzyiqə təsirini açıqlayıb.

"Bir dəfəyə 250 qramdan çox qarpız yemək təzyiqi kəskin salır.

Qarpızda olan çox miqdarda nitratlar damar divarlarını genişləndirir, spazma imkan vermir.

Eləcə də qarpız kaliylə zəngindir. O da sidikqovucu mineraldır. Qarpız bədəndən mayeni qovduğu üçün təbii olaraq təzyiq aşağı düşəcək.

Amma çox vaxt qarpız yedikdə əvvəlcə təzyiq yüksəlir, çünki bədəndə maye artır. Ona görə təzyiqi yüksək olan insan çox qarpız yeyərsə təzyiqi daha da artır. Vəziyyət o zaman düzəlir ki, bədəndəki maye sidiklə xaric olsun. Qarpız da sidikqovucu olduğu üçün 2 dəqiqə ərzində bu baş verəcək.

Bəzən təzyiq xəstələri səhvən yüksək təzyiqi salmaq üçün qarpız yeyir, lakin bilmirlər ki, ilk 15 dəqiqədə əksinə təzyiq yüksələcək. Bu isə hipertonik kriz verə bilər.

Təzyiqi aşağı olanlar qarpızla xüsusi ehtiyatlı olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory