Uşaqlarda döş qəfəsinin deformasiyaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Valideynlər mütəmadi olaraq uşaqlarını pediatr müayinəsinə aparırlar. Bəzi xəstəliklər isə mütəxəssislər arasında mübahisəli mövzuya çevrilir. Həkimlərin bir qismi isə yanlış diaqnozlarla azyaşlını səhv istiqamətdə müalicə edirlər. Bu isə valideynləri kifayət qədər narahat edən məsələdir.
Uzman pediatr Altay Abdullaoğlu bildirib ki, uşaqlarda ən çox rastlaşdığı problemlərdən biri döş qəfəsinin müxtəlif deformasiyalarıdır. Həkimin sözlərinə görə, deformasiyanın daha çox 2 forması ilə qarşılaşırlar:
"İlki Pectrus carinatum dediyimiz döş qəfəsinin önə doğru qabarıq formada olmasıdır. El arasında "toyuq döş qəfəsi" və yaxud da "göyərçin döşü" olaraq da adlandırılır. İkincisi isə Pectus excavatum olaraq adlandırdığımız döş qəfəsinin içəriyə doğru batıq olmasıdır. Bu formalı döş qəfəsi isə "çəkməci döş qəfəsi" olaraq adlandırılır. Ümumi olaraq desək bu anomaliyaların səbəbi çox zaman tam olaraq bilinməməkdədir. Bəzi hallarda belə xəstələrin ailəsində də döş qəfəsi deformasiyaları görülür. Adətən, bu körpə doğulan zaman müşahidə edilmir və döş qəfəsi böyüdükcə nəzərə çarpmağa başlayır".
Abduallaoğlu, bəzən raxit xəstəliyi ilə əlaqədar döş qəfəsində müxtəlif dəyişikliklər yarandığını qeyd edib.
"Lakin raxit xəstəliyi zamanı döş qəfəsindəki deformasiyalardan başqa digər elementlər də olur. Buna görə də hər döş qəfəsində deformasiya olan uşağa raxit demək və aylarla müalicə etmək doğru deyildir. Əgər döş qəfəsi deformasiyalarının səbəbi raxit xəstəliyi ilə əlaqələndirilirsə, mütləq olaraq qanda D vitamini və Ca dəyərlərinə baxılaraq diaqnoz təsdiqlənməlidir. Bilinməlidir ki, hətta vitaminlərin belə vücudumuza ciddi və ölümcül yan təsirləri ola bilər",-deyə mütəxəssis vurğulayıb.
Həkim, deformasiyanın səbəbinin məxsusi bir xəstəlik olmaq ehtimalının da mümkün olduğunu söyləyib:
"Əgər səbəb xəstəlik olarsa (raxit xəstəliyi kimi) o zaman bu xəstəlik müalicə edilməlidir. Adətən, bu deformasiyalar heç bir problem yaratmırlar. Lakin bu deformasiyalar döş qəfəsində yerləşən orqanlarda (ürək, ağciyərlər kimi) təsir edərək müəyyən xəstəliklərin yaranmasına səbəb olarsa, o zaman cərrahi müdaxilə edilməlidir. Təəssüf olsun ki, təyin olunmuş kurs müalicələrin, masajların və tokların bu deformasiyalara heç bir faydası yoxdur və müasir təbabətdə də istifadə edilmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Frank Riberi məşqçiliyə başlayır
XƏBƏR LENTİ
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)





