Maraqlı

Nadejda Karpovadan oriyentasiyası ilə bağlı qalmaqallı etiraf - FOTO

10 İyun 2022 19:07
0 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27 yaşlı Nadejda Karpova "BBC" nəşrinə müsahibəsində rusiyalı futbolçular arasında ilk lezbiyan olduğunu, qeyri-ənənəvi cinsi oriyentasiyasını etiraf edib.   

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, Rusiya millisinin hücumçusu 2017-ci ildən İspaniyada yaşayır və yerli klublarda çıxış edir.  

2020-ci ildə o, "Barselona"nın "Espanyol" komandası ilə müqavilə imzalayıb.  

"Burada məşqçi məndən asanlıqla soruşa bilər: sevgiliniz oyuna gələcəkmi? Rusiyada isə adətən soruşurdular: sevgilin varmı? - deyə, Karpova firkini çatdırıb.   

2016-cı ildə əfsanəvi futbolçu Lionel Messi Nadyanı "10 ən yaxşı gənc idmançı" şəxsi reytinqinə daxil edib.   

Eyni zamanda, Karpova təkcə idman dairələrində deyil, moda dünyasında da tanınır.   

2017-ci ildə 22 yaşlı rusiyalı qadın "Numéro" və "Harper's Bazaar" dərgisinin üz qabığına çəkilib. Bundan əlavə, Nadejda "Adidas" və "Chanel" ilə əməkdaşlıq edib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.