Maraqlı

Bu qan qrupunda TROMBOZ riski daha yüksəkdir

16 İyun 2022 21:45
0 Şərh     Baxış: 1 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar koronavirus infeksiyası ilə bağlı tomboz mövzusunun aktuallığı artıb. Lakin tromboz tək koronavirusun ağırlaşması deyil.

Müxtəlif digər xəstəlik və pozulmalar da damarlarda trombların əmələ gəlməsinin riskini artırır.

Həmçinin alimlər aşkar ediblər ki, qan qrupları da tromblaşma prosesinə təsir edir. Saglamolun.az bildirir ki, Arteriosclerosis, Thrombosis and Vascular Biology jurnalında bu mövzuda məqalə dərc olunub.

Araşdırma zamanı alimlər müxtəlif qan qrupları olan 400 000 insanı müayinə ediblər. Məlum olub ki, trombozun riski 3-cü qan qrupuna aid olan insanlarda digər qan qrupları ilə müqayisədə daha yüksəkdir.

2-ci qan qrupu olan insanlarda da bu risk kifayət qədər yüksəkdir, lakin 3-cü qrupdan aşağıdır.

Ən aşağı risk isə 1-ci qan qrupuna aid olan insanlardadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.