Maraqlı

Paltarlı yatmaq niyə orqanizm üçün zərərlidir?

16 İyun 2022 23:01
0 Şərh     Baxış: 1 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əslində gigiyenik və etik baxımdan ən azı gecə geyimində yatmaq düzgün hesab edilsə də, həkimlər bədən üçün geyimsiz yatmağın faydalı olduğunu deyir.

Qədimdən qadınlı kişili hər kəsin ağ kətan parçadan sadəcə yatan zaman geyindikləri can köynəyi adlanan gen rahat yataq geyimləri olardı.

İndi isə insanlar gün ərzində əyinlərində olan mayka, alt geyimi, ev pijaması, idman geyimi ilə də yatır.

Mikrobioloq Ceyson Tetro bildirir ki, gün ərzində insan bədənində dəridə müxtəlif bakteriyalar çoxalır. Onların bir qismi geyimə də keçir. Əgər bu geyimləri çıxarmadan, yatağa girsək, bakteriyalar mələfəyə, yastığa keçir, bədəndəki bakteriya saça düşür, ağıza keçir, üz dərisinə düşür. Bu zaman başda kəpək, dəridə səpkilər, ekzema əmələ gələ bilir.

Dəridə çox yaşayan bakteriyalardan biri də qızılı stafilakokkdur

Onlar akne, civzə, digər dəri iltihabi xəstəliklərinə gətirib çıxarır.

Somnoloq Maykl Breus isə gecə ya yarıçılpaq, ya da düyməsi, zamoku olmayan, bədəni sıxmayan gen bir geyim geyinməyi məsləhət görür. Sıx geyim termotənzimlənməni pozur, damarları sıxır, yuxunun keyfiyyətini azaldır.

Amsterdam alimləri də bildirib ki, yatarkən dəri nə qədər sərin qalsa, beyin bir o qədər dərin yuxu fazasına keçib dincəlir.

Ona görə də isti aylarda bircə alt paltarı ilə və ya geyimsiz, qışda isə gen bir gecə köynəyi ilə yatmaq orqanizm üçün faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.