Maraqlı

Çiyələklərdən hepatit A xəstəliyi yayılır

4 İyun 2022 22:05
1 Şərh     Baxış: 1 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və Kanadada bir sıra səhiyyə agentlikləri mart və aprel aylarında alınmış üzvi çiyələklərlə əlaqəli Hepatit A epidemiyasını araşdırıblar.
Medicina.az xəbər verir ki, artıq ABŞ Qida və Dərman İdarəsi (FDA) istehlakçıları böyük market şəbəkələrində satılan "FreshKampo" və "HEB" çiyələk markalarından imtina barədə xəbərdarlıq edib.

FDA-nın məlumatına görə, epidemioloji məlumatlar göstərir ki, 5 mart və 25 aprel tarixləri arasında satılan təzə üzvi çiyələk markaları bu epidemiyada xəstəliyin mümkün səbəbidir.

Çiyələklərin rəflərdəki ömrü bitsə də, FDA meyvəni dondurub saxlayan hər kəsi onları zibil qutusuna atması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ-da Hepatit A-ya ümumilikdə 17 nəfərin yoluxduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.