Maraqlı

Bu içkilər bədəndən vitamin mineralları yuyub çıxarır- DİQQƏT!

31 May 2022 23:35
0 Şərh     Baxış: 1 724
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Həkim endokrinoloq orqanizmi vitaminsiz, mineralsız qoyan içkiləri açıqlayıb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, dietoloq endokrinoloq Tatyana Filippova insan üçün təhlükəli, defisit yaradan 2 içkini xüsusilə qeyd edib.

"Qəhvə və spirtli içki orqanizmdən vacib vitaminləri sovurub çıxarır. Hətta ən zərərsiz aşağı dozalarda belə alkoqol kişi və qadınların bədənini gücsüzləşdirir.

Vitaminlərin sovrulması prosesi azalır, mədə-bağırsaq sistemi pozulur, orqanizmdən sidiklə sürətli vitamin mineral yuyulması baş verir.
Kofe orqanizmdə dəmir, fol turşusu, B12, kalsi, maqniy əskikliyi yaradır.

Eləcə də energetik içkilər mədəaltı vəzi, mədənin işini pozur. Onlar da sümüklərdən kalsiumu çıxarır.
Xüsusən gənclərə belə içkilər olmaz.

Qəhvə qadın orqanizmi üçün vacib olan çox vitaminləri yoxa çıxarır. Bunlardan imtina edə bilməyənlər, minimum dozanı seçməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.