Maraqlı

Ayaqda olan döyənəklər hansı problemlərdən xəbər verir?

5 İyun 2022 22:30
0 Şərh     Baxış: 1 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Döyənəklər hər birimizin həyatında zaman-zaman dabanda, barmaq arası nahiyyələrdə, pəncədə yarana bilir. Bu qəribə və ya qeyri-adi hal deyil, lakin döyənəklərin müntəzəm olaraq eyni nahiyyədə əmələ gəlməsi halı səhhətinizdə problemlər olduğundan xəbər verə bilir.
Şərq təbabətinə görə, döyənəkləri yerləşmə məkanına görə, orqanizmdə hansı orqanda problemlər var rahatlıqla öyrənə bilərik. Misal olaraq, daima ayaq barmaqları arasında yaranan döyənəklər mədə-bağırsaq traktının pozulması ilə əlaqəli olan problemdən xəbər verir.

Pəncə ətrafında döyənəklərin yaranması orqanizmdə oynaqlarda xoşagəlməz dəyişikliklər ilə müşahidə olunur.
Sol ayağının axrıncı barmağında çıxan döyənək ürək fəaliyyətində olan dəyişikliklərdən xəbər verir.

Əgər sağ ayaqda döyənək varsa, böyrək və öd kisəsi ilə böyük problemlərin yaranması riskini xəbərdar edir.
Ayaqların zahiri tərəfində yerləşən parlaq görünən ağ zolaqlar isə onurğa sütununun problemlərindən təsirlənə bilər.

Əgər ayaq dərisi tamam quru və qıcıqlanmaya meyllidirsə, bu zaman orqanizmin ümümi zəifləməsindən, sinir gərginliyi və vitamin çatışmamazlığından danışmaq olar.

Bütün pəncənin bərabər hissədə kobudlaşması dəri maddələr mübadiləsinin pozulmasından xəbər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.