09:06
Mayın 16-sı saat 08:53-də ilin ilk Ay tutulması başa çatıb.
Ay tutulması mayın 16-sı saat 07:29-da başlayıb və 1 saat 24 dəqiqə davam edib.
Tutulmanın maksimumu saat 08:11-də olub.
İlin ilk tam Ay tutulmasını Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayıb.
--------
07:42
İlin ilk Ay tutulması hadisəsi başlayıb.
Təbiət hadisəsi tam Ay tutulmasıdır.
Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.
Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkündür.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğundan təbii hadisə Azərbaycanda müşahidə edilmir.
Milli.Az