Maraqlı

COVID-19 xəstəsi ilə təmasdan sonra nə etməli? - Həkim məsləhəti

3 May 2022 07:11
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiyada hər gün koronavirusa yoluxma hallarının sayı artır. Eyni zamanda, bəzi xəstələr ciddi xəstəliklər yaşamadıqları üçün vəziyyətlərindən xəbərsizdirlər.

COVID-19-a yoluxma hallarının artması kontekstində heç kim yoluxmuş şəxslə görüşməkdən sığortalanmayıb".

Bunu rusiyalı həkim-terapevt Aleksey Xuxrev koronavirus daşıyıcısı ilə təmasda olanlara xitabən bildirib.

Mütəxəssis bildirib ki, COVID-19-un simptomlarının yumşaq olması, hətta koronavirus daşıyıcısında simptomların olmaması onun digər insanlar üçün təhlükə yaratdığını inkar etmir:

"Yaxınlarda COVID-19-a yoluxmuş biri ilə təmasda olduğunuzu düşünürsünüzsə, ehtiyat tədbirləri görmək daha yaxşıdır. Xüsusilə burnu yumaq, C və D vitaminləri qəbul etmək xəstəliyin inkişaf riskini azalda bilər. Bəzi həkimlər deyirlər ki, "interferon alfa" (kəskin respirator virus infeksiyalarının qarşısının alınması üçün vasitə) buruna yeridilə bilər və bu, koronavirus infeksiyasının inkişaf ehtimalını azaldacaq. Bəlkə bu kömək edər, amma bu ehtimalı təsdiqləyən dəqiq məlumat hələ yoxdur. İnanıram ki, hər halda C vitamini və D vitamini içməyin zərəri olmayacaq. Burnunuzu da yaxalaya bilərsiniz".

Onun sözlərinə görə, məsələn, son vaxtlar həmsöhbətinizdə soyuqdəymə əlamətləri varsa, belə tədbirlərin görülməsi məqsədəuyğun olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.