Maraqlı

Əğər uşağınızda yuxu problemi varsa... - Pediatr məsləhəti

24 Aprel 2022 23:25
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Körpə uşaqlar ilk çətinlik yatır, gecə ilə gündüzün yerini dəyişik salırlar. Bəzən elə olur ki, gecələr uşaqlar tez-tez oyanaraq yenidən yuxuya getməkdə çətinlik çəkirlər.

Sizə pediatr Tərlan Eyyubovun bu barədə məsləhətlərini təqdim edirik:

- Yataq otağında hava sərin və nəm olmalıdır. Yataq otağı üçün ən münasib temperatur 18-20°С (amma24 dən yuxarı olmamalı). Yatmazdan əvvəl otağın havasını dəyişin. Havada nə qədər çox oksigen olasa, yuxunun dərin fazası bir o qədər uzun olur. Buna görə də, uşaqlar küçəyə çıxdıqda daha uzun yatırlar. Yeri gəlmişkən ən yaxşı fikir yatmazdan əvvəl uşaqla gəzintiyə çıxmaqdır. Təmiz hava uşaqlara daha davamlı yatmağa və immunitetlərinin gücləndirməsinə köməklik edir. Digər tərəfdən, kolyaska ilə gəzinti ananın arıqlamasına da köməklik göstərər. Təmiz havada oxumaq və ya toxuma fəaliyyəti sinir sistemini sakitləşdirər.

- Yenidoğulmuş körpələr jaluz və pərdələr örtüldüyü otaqlarda daha davamlı yatırlar. Alatoranlıq uzunmüddətli yuxu üçün məqsədəuyğundur. Əgəgr uşağınız qaranlıqdan qorxarsa (bu ümumiyyətlə az rast gəlinir), koridorda işığı yanılı qoya bilərsiz və ya gecə lampası ala bilərsiz.

- Tox uşaq daha davamlı və uzun yatır, ona görə də gündüz və axşam yuxusundan əvvəl uşaqlarınızı yedizdirin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.