Maraqlı

Britaniyalı evdar qadın “fast food” yeməklə pul qazanır - VİDEO

16 Aprel 2022 13:00
2 Şərh     Baxış: 1 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada artıq çəkidən əziyyət çəkən evdar qadın kamera qarşısında "fast food" yeyərək, yaxşı pul qazanır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 25 yaşlı üç uşaq anası Antonia Qrem uzun müddət müxtəlif pəhrizlərin köməyi ilə arıqlamağa çalışıb. Lakin onların heç biri kömək etməyib.

Qadın öz halını istehza ilə qarşılayıb və bu barədə "TikTok"-da video paylaşıb. Paylaşım 7,6 milyon baxış toplayıb.

Şərhlərdə kimsə ona kamera qarşısında yemək yeməyi təklif edib. O, məsləhətə qulaq asaraq, "OnlyFans"da hesab açıb və həftədə iki dəfə "McDonald's", KFC və "Dominos" "fast food"larını yediyi videolar yaymağa başlayıb.

Hazırda Qrem bir oturumda üç min kilokalori yeyir və daha da kökəlir. Amma buna dəyər. Belə ki, ödənişli abunəçilər ona ayda 10 min funt sterlinqə qədər gəlir gətirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.