Maraqlı

Hansı göyərtinin şirəsi tromb yarada bilər? - XƏBƏRDARLIQ

14 Aprel 2022 23:25
0 Şərh     Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi göyərtiləri blenderdə smuzi və ya şirə halına salıb içmək zərərlidir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim dietoloq Yelena Solomatina cəfərinin ölümcül təsirindən danışıb.

O bildirib ki, bir neçə dəstə cəfərini kokteylə qatmaq, şirəsini sıxıb içmək təhlükəsiz deyil. Bir çox xəstə və yaşlı insanlarda o qanı qatılaşdırıb, tromb əmələ gətirə bilər.

Cəfəri tromboflebiti olan şəxslərə qadağandır.

Trombu olan insanlara istənilən göyərti zərərlidir, lakin cəfəri xüsusilə.

Azyaşlı uşaqlar, hamilə qadınlar da göyərtidən aşırı istifadə etməməlidir. Çünki onların kök hissəsində nitratlar toplanır.

Mədə-bağırsaq, həzm pozğunluğu olanlar göyərtini tamamilə çıxarmalıdır. Göyərtini ancaq bişirib yemək olar.

Bu adamlar göyərtini az miqdarda salata qatıb yeyə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.