Maraqlı

Yaşlanmanı gecikdirən ƏRZAQLAR

16 Aprel 2022 22:01
0 Şərh     Baxış: 1 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı diyetoloqlar düzgün qidalanma ilə qocalmanı necə yavaşlatmağın yolunu izah ediblər.

Bu barədə "Eat This, Not That!" nəşri yazıb.

Dietoloq Ronald Smitin fikrincə, artıq şəkər sağlamlığa zərərlidir.

"Ömrünüzün uzun və sağlam olmasını istəyirsinizsə, mümkün olduqca peçenye və ya tort kimi zərərli qidalardan uzaq durmağa çalışın", - deyə o, məsləhət görür.

Balıq isə əksinə, xüsusilə yaşlı insanlar üçün faydalıdır.

"Balıq orqanizmi xəstəliklərdən qoruyan Omeqa-3 doymamış yağ turşuları ilə zəngindir", - deyə Smit vurğulayıb.

Diyetoloq Liza Yanq rasiona daha çox qocalma əleyhinə qidalar daxil etməyi tövsiyə edir.

"Faydalı tərəvəz və meyvələrə misal olaraq giləmeyvə, sitrus meyvələri, göyərti, yerkökü və bolqar bibərini göstərmək olar. Onlar yaşlanmanın mənfi təsirlərinin qarşısını alan antioksidanlar və liflə zəngindir", - deyə o, izah edib.

Yanq həmçinin ətin bitki mənşəli protein mənbələri ilə əvəz edilməsinin bədən üçün faydalı olacağına inanır.

Diyetoloq Trista Best kifayət qədər su və ya onunla zəngin olan meyvə və tərəvəzlərdən, məsələn xiyar, balqabaq, pomidor, çiyələk, qarpız və sair istifadə etməyin vacibliyini xatırladır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.