Maraqlı

Başınız ağrıyırsa, bunları mütləq edin

3 Aprel 2022 16:30
0 Şərh     Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Havaların dəyişməsi baş ağrılarının yaranmasına səbəb olub. Belə ki, qışda günəşli havada bu ağrılar daha da artır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bəzi yollarla baş ağrılarının qarşısını ala bilərsiniz.

hansı hərəkətdən sonra başınızda ağrı yaranırsa, onun etməyin. Spirtli içki içirsinizsə, onu azaldın. Ən əsası da qırmızı şərab baş ağrısı yaradır.

Tərkibində nitrat turşusu olan qidalar istifadə etməyin. Bu qidalara hazır ət məhsulları, şokolad aiddir. Nitrat bədəndəki qan damarlarına təsir edir. Bu da beyin damarlarına təsir edir və ağrı yaradır.

Az yatmaq da baş ağrısına səbəb olur. Buna görə də ən az 8 saat yatın.

Uzun müddət kompüter qarşısında oturmaq və telefona baxmaq beyni yorur. Bu halda tez-tez hərəkət edin. Oturmusunuzsa, durun və 5 dəqiqə kənarda ayaqüstə dayanın.

Günorta yeməyini mütləq yeyin. Çalışın vaxtı keçirməyin.

Başınız ağrıyanda dəsmalı soyuq suya batırıb, alnınıza kompres qoyun.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.