Maraqlı

İdeal gecə yuxusu üçün mükəmməl şam yeməyi necə olmalıdır?

3 Aprel 2022 12:45
0 Şərh     Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı diyetoloq İrina Pisareva ideal gecə yuxusu üçün mükəmməl şam yeməyi hazırlamaq qaydalarını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, düzgün şam yeməyi çox kalorili olmamalıdır.

Bundan əlavə, axşam yeməyini çox gec yemək olmaz. Əks halda yeməyin həzmi üçün vaxt qalmayacaq.

Ancaq axşam yeməyindən tamamilə imtina etmək də düzgün deyil. Belə ki, bu, yuxunu pisləşdirə bilər.

"Şam yeməyini saat 18:00-da yemək daha yaxşıdır. Axşam yeməyi yüngül olmalıdır. Çünki günün ikinci hissəsində biz az enerji sərf edirik və orqanizmin istirahətə ehtiyacı var. Yeməyi həzm etmək isə çox böyük enerji aparır və bədəni gücə salır. Düzgün axşam yeməyilə yuxu daha yaxşı olacaq, səhər isə daha yaxşı əhval-ruhiyyə ilə oyanacaqsınız", - deyə diyetoloq bildirib.

O, bişmiş ağ balıq, tərəvəz, hind toyuğu ilə şam etməyi məsləhət görüb. Göbələk, qoyun və mal əti isə, onun fikrincə, axşam yemək üçün uyğun deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.