Maraqlı

Moskva sakini 13 milyonu zibil qutusuna atdı

15 Mart 2022 09:18
1 Şərh     Baxış: 1 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvalı sahibkar evindəki zibillə birlikdə 13 milyon rublu (təxminən 181 min manat) da məişət tullantıları qutusuna atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu vəsaiti krediti ödəmək məqsədilə banka aparmaq üçün ayırıb.

Dmitri adlı şəxsin sözlərinə görə, pulun olduğu paket səhvən zibil qabına düşüb. O, zibil qabını binanın önündəki məişət tullantıları qutusuna boşaltdıqdan sonra evinə qayıdıb. Yalnız üç saatdan sonra anlayıb ki, çoxmilyonluq əmanətləri zibil qutusuna atıb.

Dmitri geri qayıtsa da, pul paketini orada tapa bilməyib.

Hadisədən sonra rusiyalı polisə müraciət edib. Hazırda polis hadisənin başvermə şəraitini araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.