Maraqlı

Ağırlaşıb ölənləri Omikron öldürmür, səbəb... – Professordan açıqlama

27 Fevral 2022 21:05
0 Şərh     Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Omikron adi qrip kimi keçməsi və xəstəni öldürməməsi ilə pandemiyanı zəiflətsə də, hər gün Azərbaycanda 20-27 nəfər koviddər vəfat edərək ölənlər statistikasına düşür. Bəs onları öldürən nədir?

Milli.Az medicina.az-a istinadən bildirir ki, pulmonoloq, professor Əlizamin Sadiqov bildirib ki, ölkədə Omikronla yanaşı klassik və amansız kovid və Delta ştamlarının dövriyyəsi hələ də var. Onlar aradan getməyib.

"Ağırlaşıb ölənlər Omikrona yox, kovidin birinci variantı və Deltaya yoluxanlardır. Onlar həmişəki kimi ağciyərləri 50-70 faiz zədələmə və Sitoken fırtınası yaradır.

Delta və klassik kovid hələ bir müddət aramızda olacaq, bundan qaçış yoxdur, bütün yoluxanların 1%-i qədər də itki olacaq. Bu olmalıdır.

Amma mən Omikrona yoluxub, ağciyərlərində buzlu şüşə olub, ciddi problem yaşayan xəstə görmədim. Yoluxanlar arasında hər gün 100-200 nəfər Deltaya yoluxur. Ölüm Omikronla əlaqədar deyil.

O variantların aradan getməsi üçün yeganə çıxış yolumuz vaksinasiyanı 90%-ə çatdırmaqdır.

Ölüm və hosputalizasiyanı azaldan bəzi dərmanlar var, Molnupiravir və syeni istehsal olunmuş və çox effektiv. Onlardan biri Azərbaycanda hələ yoxdur. Bunlar nisbətən ölüm faizini azaldır.

Əgər Omikron zəif olmasaydı, bu günkü ölüm göstəriciləri ən azı 2-3 dəfə yüksək olmalıydı. Bu qədər az olmasının səbəbi elə Omikrondur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.