Maraqlı

Piylənməyə qarşı ən effektiv məhsullar bəlli oldu

20 Fevral 2022 16:15
0 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dənli və paxlalı məhsullar immunitet sistemini gücləndirməyə və müxtəlif xəstəliklərdən, məsələn, COVID-19-dan qorunmağa kömək edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə məhsullar artıq çəki ilə mübarizədə, bədən çəkisinə nəzarətdə mühüm rol oynayır.

Dənli və paxlalı qidalar xüsusi bir maddə sayəsində arıqlamağa kömək edir. Bu, pəhriz lifidir. Mütəxəssislər bildirirlər ki, belə qidalar lifin ən zəngin mənbələrindən biridir.

İstehlak edilməsi tövsiyə edilən dənli və paxlalı bitki növləri arasında quru lobya, noxud, yaşıl və qırmızı mərcimək, bulqur var. Bu məhsulları gündəlik rasionunuza əlavə etməklə bir çox dadlı yeməklər hazırlaya bilərsiniz.

Qeyd edək ki, bu qidalar həftədə üç və ya dörd dəfə istehlak edildikdə daha yaxşı nəticə verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.