Maraqlı

Nə üçün qışda hər gün 2-3 feyxoa yeyilməlidir? Mütəxəssis açıqladı

27 Fevral 2022 22:01
0 Şərh     Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feyxoa yodla olduqca zəngindir. Bu meyvədə olan yodun miqdarı demək olar ki, dəniz məhsullarındakı kimidir. Bunu rusiyalı həkim-diyetoloq Yuliya Çexonina bildirirb.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkimin sözlərinə görə, yodun sayəsində güclü iltihabəleyhinə təsirə malik olan feyxoa qış aylarında xüsusilə faydalıdır.

Yoddan əlavə feyxoa C vitamini, fitonsidlər, lif və pektinlərlə zəngindir.

C vitamini soyuqdəymə və virus xəstəlikləri zamanı sağalmanı tezləşdirir, fitonsidlər isə virus və infeksiyalarla aktiv şəkildə mübarizə edir.

Lif və pektinlər bağırsaq mikroflorasına çox müsbət təsir edir, onu zənginləşdirir. Normal bağırsaq mikroflorası immun sisteminin yaxşı fəaliyyəti üçün ən vacib olan amillərdən biridir.

Çexonina bildirib ki, qış aylarına xəstəliklərdən qorunmaq üçün hər gün 2-3 feyxoa meyvəsini yemək lazımdır. Mütəxəssis feyxoanı qabığı ilə birkildə yeməyi tövsiyə edir ki, lif və pektinlərin miqdarı məhz qabıqlarda çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.