Maraqlı

Omikron, yoxsa Delta? - Fərqli, oxşar əlamətlər

13 Fevral 2022 21:25
0 Şərh     Baxış: 1 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Omikron" ştamında dadbilmə və iybilmənin itməsi hallarına az rast gəlinir. İnsanlar, əsasən, burun tutulması, mülayim hərarət, yorğunluq kimi əlamətlər hiss edir. Bu halda ilk növbədə insanlar özlərini təcrid etməlidir, ailə həkiminə müraciət edib vəziyyəti nəzarətdə saxlamalıdırlar. Lazım oduğu halda xəstədən analiz götürüləcək və onun virusa yoluxub-yoluxmadığı müəyyən ediləcək.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu uzman-terapevt Çinarə Səfərova Omikron ştamında əsas qeyd olunan əlamətlər barədə danışarkən deyib.
Bu əlamətlər əsasən baş və boğaz ağrısı ilə yanaşı, mədə-bağırsaq pozuntusu, diareya və sairədir. Həmin əlamətlər müşahidə edildiyi halda diqqətli olmaq tələb olunur:

"Pandemiya dövründə yaşadığımıza görə həmin əlamətlər, o cümlədən yuxarı tənəffüs yollarına aid olan bütün əlamətlər olanda mütləq COVID-19-a qarşı analiz vermək lazımdır. "Delta" ştamında daha çox intoksikasiya əlamətləri çox sürətlə inkişaf etdiyi halda, "Omikron" ştamında sürətli gediş və ağırlaşmalar az müşahidə olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.