Maraqlı

Omikron ştammından qoruyan qidalar

30 Yanvar 2022 17:15
0 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Omikron ştammının yayılması zamanı qida rasionuna piy, yağ və digər heyvan mənşəli yağ məhsulları əlavə edilməlidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu tövsiyəni diyetoloq Marqarita Koroleva paylaşıb.

Həkimin sözlərinə görə, bu məhsulların tərkibində ağciyərlərin fəaliyyəti üçün zəruri olan doymuş yağlar var. Bundan əlavə, onlar hüceyrə membranlarına da daxildir. Diyetoloq vurğulayıb ki, bu yağlar səhərlər normal həddə istifadə edilməlidir:

"Rasiona bir xörək qaşığı balıq yağı və D3 vitamini əlavə etmək faydalı olar".

Eyni zamanda, tərkibində C vitamini olan qidaların istifadəsini də unutmayın.

Diyetoloqun sözlərinə görə, duzlu kələm ən yaxşı variantlardan biri hesab olunur.

Həkim xatırladıb ki, aclıq və sərt pəhrizlər immunitetin azalmasına gətirib çıxarır ki, bu da Omikronun yayılması zamanı son dərəcə təhlükəlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.