Maraqlı

Pəhriz menyularının vazkeçilməz qidası - Qarabaşağın heç yerdə rast gəlməyəcəyiniz faydaları

29 Yanvar 2022 07:51
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün pəhriz menyularında mütləq rast gəlinən qidalardan biri də qarabaşaqdır.

Publika.az xəbər verir ki, qarabaşağın protein dəyəri yüksək olduğu və tərkibində qluten olmadığı üçün rahatlıqla istifadə olunan bitkidir.

Mütəxəssislər bildirir ki, bu bitki insan orqanizminə olduqca yararlıdır. Enerji dəyəri yüksək, kalorisi az olduğu üçün tam bir qara ciyər və bağırsaq dostu kimi tanınır. Əsrlərlə Asiya ölkələri mətbəxindən əksik olmayan qarabaşaq Avropada da populyarlıq qazanmağa başlayıb.

Faydaları

Tərkibindəki üzvi birləşmələr və antioksidantlar sayəsində qalın bağırsaq, süd vəzisi xərçəngi kimi xəstəliklərə qarşı müdafiə potensialı var.

Qarabaşaq ət yerinə rahatlıqla istifadə oluna biləcək qidadır. Lif səviyyəsi yüksək olduğu üçün həzm sistemini yaxşılaşdırır.

Tərkibindəki xolin maddəsi qara ciyərə lazım olan bir çox faydaları təmin edir.

Fosfor, dəmir, maqnezium və kaliumla zəngindir. Yüksək təzyiq və qansızlığın aradan qaldırılmasında əvəzsizdir. Xüsusilə, dəmir tərkibi digər taxıllardan daha çoxdur.

Uzun müddət toxluq hissi verir və gün boyu bədənin enerji səviyyəsini yüksək saxlayır. Beləcə, pəhriz saxlayan insanlarda yorğunluq və ruh düşkünlüyü əmələ gəlməz.

Qarabaşaq "funksional qida" kimi tanınır. Bu tip qidalar xəstəliyin yaranma riskini azaldan qidalardır.

Tərkibində qluten olmadığından şişkinlik, qəbzlik və izhal kimi problemlərə səbəb olmaz.

Tərkibindəki B1, B3, B5 və B9 vitaminləri sayəsində sağlam dəri və güclü saçların qaynağı olur. Qırışıqlıqları aradan qaldırır. Keratin, dırnaq və saçların əsas komponentidir. Qarabaşaq keratin istehsalı üçün lazımi amin turşularına sahibdir. Saçların asanlıqla uzanmasını təmin edir.

Maqneziumu sayəsində insulin səviyyəsini yaxşılaşdırır. Diabet xəstəliyində faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.