Maraqlı

Xərçəngdən qoruyan qeyri-adi tərəvəz

27 Yanvar 2022 08:51
0 Şərh     Baxış: 1 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ona yumurta çiçəyi də deyilir, ağ badımcan bitkisi də. Lakin faydalarından çox az insanın xəbəri var.

Publika.az sizi nadir insanların istifadə etdiyi bir tərəvəzlə tanış edir.

C vitamini baxımından olduqca zəngin olan yumurta çiçəyi xərçəngin dərmanlarından hesab olunur.

Lifli quruluşu sayəsində şəkər xəstəliyində də müalicə məqsədilə istifadə oluna bilər. Çünki qlükozanın həddən artıq sorulmasına nəzarət edir.

Bağırsaqları yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.

Qanda xolesterinin səviyyəsini tənzimləməyə yardım edir.

Kalium, qidalı liflər və flavonoidlər sayəsində ürəyin sağlamlığını qoruyur.

Anti-bakterial xüsusiyyəti var. Kəsik və ya yaraların mikrob qapmasına səbəb olan bakteriyalarla mübarizə aparır.

Yumurta çiçəyi insan bədənin PH dəyərini turşuvari olmasından qoruyur. Həzm sistemi xəstəliklərində bu xüsusiyyəti sayəsində müsbət təsirini göstərə bilir.

Ag badımcanın çox xoş, yumşaq, göbələyə bənzəyən dadı var. Adi badımcandan fərqli olaraq ağ badımcan acı dad vermir və daha asan həzm olunur və mənimsənilir. Bişirdikdən əvvəl onu duzlu suda saxlamaq ehtiyac yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.