Maraqlı

Yeni viris yaşlılara necə təsir edir? Tədqiqatlar göstərir ki…

15 Yanvar 2022 22:30
0 Şərh     Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID-19 xəstəliyinin ağırlaşmasına ən çox təsir edən risk faktoru yaşdır.

Omikronun yayaıldığı ölkələrdə xəstəliyə yoluxanların və xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin yaşı 40-dan azdır.

Aztibb.az xəbər veri ki, tədqiqatçılar bu səbəbdən yeni ştammın yuxarı yaş qruplarına necə təsir edəcəyini dəqiq müəyyən edə bilməyiblər.

Tədqiqatlar göstərir ki, Omikronun immun sistemindən qismən yan keçməsi onun Deltadan daha çox yoluxmasına səbəb ola bilər.

Bir çox insan təkrar peyvənd olunub, amma təsirləri müvəqqətidir. Peyvəndin iki dozası Omikrona qarşı qorunmaya kifayət etmir, ona görə də səhiyyə rəsmiləri əlavə doza proqramının hazırlanmasını tövsiyə edir.

Artıq bir sıra ölkələrdə əlavə doza proqramı hazırlanıb, bu ölkələrin əhali qruplarının böyük əksəriyyətinə peyvəndin üçüncü dozası vurulub.

Müşahidələrə görə isə Omikrona qarşı peyvəndlərin təsiri 10 həftədən sonra azala bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.