Maraqlı

"Tesla" şirkətinin səhmlərinin qiyməti sürətlə artır

5 Yanvar 2022 10:24
0 Şərh     Baxış: 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı milyarder İlon Maskın sərvəti bir gündə 32,6 milyard dollar artaraq 304,2 milyard dollara çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun "Tesla" şirkətinin səhmlərinin qiymətinin sürətlə artmasıdır.

Keçən ilin noyabrında "Tesla" səhmlərinin qiymətləri bütün zamanların ən yüksək səviyyəsini təzələdikdə, Mask tarixdə 300 milyard dollar sərvətə sahib ilk şəxs olmuşdu.

İndi "Forbes"in reytinqinə əsasən, Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno dünyanın ən varlı adamları siyahısında ikinci yerdədir, "Amazon"un baş direktoru Ceff Bezos isə ilk üçlükdədir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.