Maraqlı

Spirtli içki üçün ən yaxşı “zakuska” açıqlandı

29 Dekabr 2021 11:36
0 Şərh     Baxış: 1 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alkoqollu içkilərlə birlikdə istifadə üçün ən uyğun qəlyanaltı kartof püresidir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin və Moskva Səhiyyə Departamentinin baş ştatdankənar psixiatr-narkoloqu Yevgeni Brun bildirib.

O, öz seçimini kartof püresinin alkoqolun qana sovrulması prosesini ləngitməsilə izah edib.

Ekspert həmçinin, spirtli içkilərin şirniyyat və qazlı içkilərlə birlikdə istifadəsini təhlükəli adlandırıb.

O, həmçinin Yeni il gecəsi üçün aşağı dərəcəli yüngül içkilər, xüsusən də quru ağ şərab seçməyi məsləhət görüb və içkinin dərəcəsini artırmağın sağlamlıq üçün zərərli olduğunu xatırladıb.

Yevgeni Brun bayramlarda daha aktiv olmağı, daha çox rəqs etməyi, gəzməyi, qartopu oynamağı tövsiyə edərək, hərəkətsizliyin sərxoşluğu artırdığını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.