Maraqlı

Efirdə kömək istəyən qadına "dilənçi" dedi, dava düşdü - VİDEO

24 Dekabr 2021 20:42
5 Şərh     Baxış: 2 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ATV-də yayımlanan "Bizimləsən" proqramında gərgin anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, verilişə övladını axtarmaq üçün gələn Elmira adlı qadınla aktrisa Cəmilə Tağızadə dava edib.

Cəmilə efirdə qadına "Sən burada övladını axtarırsan, amma başqasına qarğış edirsən. Nədi demişəm, get işlə. İşləmək eyibdir? Üç mənim boydasan, atam dünyasını dəyişəndə 48 kiloqram idim, gedib işləyirdim. İşləmək nə zamandan təhqir olub? Səninkimilər işləməyi özünə eyib bilir" sözlərini söyləyib.

Elmira isə "Sənə başqası deyiləm, artıq-əskik danışma. Mənə dilənçi dedin" deyib. Cəmilə isə ona qışqıraraq "Dilənçisən, "siqan"san" cavabını verib.

Elmira Cəmiləyə hücum edərkən halı pisləşib, studiyada ürəyi gedib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.