Maraqlı

Koronavirusdan sonra karlıq və saç tökülməsi çoxalır

21 Dekabr 2021 22:35
0 Şərh     Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada bəzi COVID-19 xəstələri eşitmə və görmə qabiliyyətini itirib.

Bu barədə 52 saylı Moskva Şəhər Klinik Xəstəxanasının baş həkimi Maryana Lısenko "Rossiya-1" telekanalında efirə gedən Naili Əsgərzadənin "Təhlükəli virus. İkinci il" filmində danışıb.
Onun sözlərinə görə, ötürülən infeksiyanın bu və digər nəticələri şəxsə görə dəyişir.

"Bizdə hələ də qoxu hissini bərpa edə bilməyən xəstələrimiz var. Bəzi kişilər və qadınlar isə tamamilə keçəl olublar. Sonsuzluq, eşitmə qabiliyyətinin itirilməsi və ümumiyyətlə həyat keyfiyyətinin aşağı düşməsi halları da var", - deyə o bildirib.

Bununla belə, mütəxəssis COVID-19-a qarşı peyvənd olunduqdan sonra ölüm və sonsuzluq haqqında şayiələr yayan insanları qınayıb. O, qeyd edib ki, vaksinasiya koronavirusdan qorunmağın ən etibarlı yolu olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.