Maraqlı

Apple-in ilk AR cihazını necə olacaq?

1 Yanvar 2022 14:35
0 Şərh     Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple şirkətinin ilk AR cihazı barəsində məlumatlar ortaya çıxmağa davam edir. Belə ki, məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatında AR cihazın sahib olacağı daha bir özəllik barəsində məlumat verilib. Beləliklə analitikin məlumatlarına əsasən Apple şirkətinin ilk AR cihazı istifadəçinin əl hərəkətlərini geniş şəkildə izlənməsi üçün 3D sensorlara sahib olacaq. Məlumata əsasən AR cihaz 4 dəd 3D sensora sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone smartfonu 1 ədəd 3D sensora sahibdir. Məlumatda qeyd edilib ki, 4 ədəd 3D sensor öz növbəsində əl hərəkətlərinin izlənməsi məsələsində TrueDepth kameralardan daha dəqiq performans sərgiləyəcək. Hal hazırda TrueDepth kameralar iPhone modellərində Face ID texnologiyası üçün istifadə edilir.

Analitik güman edir ki, AR cihazın sahib olacağı 3D sensorlar Face ID-dən fərqli olaraq 200% daha uzaq məsafədə olan obyektləri təyin edə biləcəklər. Qeyd etmək lazımdır ki, Face ID texnologiyası üz mimikasını təyin edərək Animoji smayliklərini yaratmağa imkan verir. Məlumatda qeyd edilib ki, AR cihazın strukturlaşdırılmış işıq sensorları da bu cür prinsip əsasında istifadəçi əlindəki dinamik detal dəyişikliklərini təyin edə biləcəklər. Analitik qeyd edib ki, AR cihazın interfeysinə jestlərlə idarəetmə sistemi, obyektlərin təyin edilməsi, göz hərəkətlərinin təyin edilməsi, gözün qüzehli qişasının skanı, səsli idarəetmə sistemi, üz mimikasının təyini və istifadəçinin yerləşdiyi məkanda təyini daxil olacaq. Apple şirkətinin ilk AR cihazının gələn ilin sonunda təqdim olunacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory