Maraqlı

OnePlus 10 Pro barədə məlumat

28 Dekabr 2021 21:40
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin əvvəlində OnePlus şirkətinin OnePlus 10 Pro flaqman smartfonunu təqdim edəcəyi gözlənilir. Digital Chat Station ləqəbli məşhur çinli insayder isə təqdimatdan öncə sözügedən smartfonun texniki özəllikləri barəsində məlumat verib. Beləliklə insayderin verdiyi məlumatlara əsasən OnePlus 10 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon ekranının kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq.

32 MP-lik ön kamera isə ekranın yuxarı sol hissəsindəki kiçik dairəvi çıxıntıda yerləşdiriləcək. Məlumatda qeyd edilib ki, OnePlus 10 Pro modeli 50 MP + 48 MP + 8 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 3 qat optik zoom funksiyasının dəstəyini də əldə edəcək. Həmçinin smartfonda 80 vatt gücündə naqilli və 50 vatt gücündə naqilsiz sürətli şarj texnologiyalarının dəstəklərinin olacağı da gözlənilir. OnePlus 10 Pro ColorOS 12 interfeysli Android 12 vasitəsilə çalışacaq. Smartfonun dəqiq təqdimat tarixi barəsində heç bir məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.