Maraqlı

“Rosatom” Serbiyada nüvə elmi və texnologiya mərkəzi yaradır

19 Dekabr 2021 20:05
0 Şərh     Baxış: 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Rosatom" dövlət korporasiyası Serbiyada nüvə elmi və texnologiya mərkəzi yaradacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Rosatom" bu ölkədə nüvə texnologiyasının inkişafına kömək etmək üçün mərkəzin yaradılmasına dair Serbiya hökuməti ilə çərçivə sazişi imzalayıb.

Mərkəzin yaradılacağı yer və investisiya məbləği açıqlanmayıb. Burada siklotron kompleksi və radiofarmasevtika istehsalı müəssisəsi yaradılacaq. Müəssisədə həm tibb, həm də sənaye ehtiyacları üçün radioaktiv izotop istehsalı həyata keçiriləcək.

Qeyd edək ki, "Rosatom" Çexiya, Macarıstan, Misir, Polşa, Qazaxıstan, Özbəkistan və Vyetnamda oxşar tədqiqat mərkəzlərinin yaradılmasına dəstək verib.

Rusiyada bütün hərbi və mülki nüvə fəaliyyətlərini həyata keçirən və bu ölkənin ən böyük elektrik enerjisi istehsalçısı olan "Rosatom" qlobal nüvə yanacağı bazarının 17 faizinə sahibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.