Maraqlı

Tanınmış qurd əleyhinə dərman XƏRÇƏNGi müalicə edir

1 Yanvar 2022 23:30
0 Şərh     Baxış: 1 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Faynşteyn Tibbi Araşdırmaları İnstitutunun son araşdırmaları göstərib ki, mebendazol (tanınmış qurd əleyhinə preparat) bəzi beyin xərçəngini, o cümlədən qliomanı (ən çox təsadüf edilən beyin xərçıngi növü) müalicə edir.

UPI.com xəbər verir ki, mebendazol xərçəng hüceyrələri məhv edir. Hal hazırda bu növ xərçəngin müalicəsində "vinkristin" adlı preparat istifadə olunur. Lakin bu preparatın çox ciddi yanaşı təsirləri var.

Araşdırmalar göstərib ki, mebendazol qliomanın inkişafını ləngidir, vinkristin isə yox.

Növbəti araşdırmalar vinkristini mebendazolla əvəz etməyin mümkün olub-olmadığını göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.