Maraqlı

Ən ziyanlı idman növü açıqlanıb

23 Dekabr 2021 08:59
0 Şərh     Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

London Universitet koleci və Kardiff Universiteti alimləri yeni araşdırma nəticəsində aşkar ediblər ki, futbol beyinə mənfi təsir edir.

BBC xəbər verir ki, alimlər müxtəlif illərdə vəfat etmiş 6 futbolçunun beynini tədqiq etdikdən sonra onlarda beynin boz maddəsinin quruluşunda dəyişikliklər aşkar ediblər. Alimlərin fikrinə görə, məhz bu dəyişikliklər onlarda demensiya və vaxtından əvvəl ölümə səbəb olub.

İllər ərzində futbolçular çoxsaylı mikrotravmalar alır ki, bu da beynin toxumasına ciddi ziyan vurur.

Nəticədə idmançılarda baş gicəllənməsi, baş ağrıları, huşsuzluq, əsəbilik kimi simptomlar inkişaf edir. Bu simptomlar idmançılarda xroniki travmatik ensefalopatiyanın inkişafına işarə edir. Vaxt keçdikcə ensefalopatiyanın fonunda ağıl zəifliyi inkişaf edə bilər.

Amerika alimlərinin araşdırmaları göstərib ki, professional səviyyədə Amerika futbolu ilə məşğul olan idmançıların 96%-də xroniki travmatik ensefalopatiya əlamətləri müşahidə  olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.