Maraqlı

Omikron ölü yox, canlı virusdur - Professor

9 Dekabr 2021 21:25
0 Şərh     Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur virusoloq "omikron"u canlı vaksin adlandırdı

Cənubi Afrikada aşkarlanan "omikron" ştamı patogenliyi azaltdığı üçün canlı vaksin ola bilər.
Milli.Az publika.az-a istinadən bildirir ki, bunu virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Çumakov deyib.

"Belə bir optimist məlumat var ki, COVID sürətlə təkamülün ikinci mərhələsini keçdi. Onun patogenliyi azalıb, eyni zamanda daha çox yoluxucu olub ki, bu da yaxşıdır. Yeni ştama yoluxmuş insanlar xəstəlik törədən variantlara qarşı dayanıqlı olacaqlar. Bundan başqa, yeni versiyanın ortaya çıxmasından sonra qapanmalar olmayacaq", - virusoloq qeyd edib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı istisna etmir ki, "omikron" digər ştamları sıxışdırmağa qadirdir və yaxın gələcəkdə Avropada insanların yarısı bu xüsusi varianta yoluxacaq. Dünyanın ən azı 38 ölkəsində virusun yeni variantına yoluxma halları qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.