Maraqlı

Hicablı müsəlman xanım Amerika şəhərinə mer seçildi... - VİDEO - FOTO

8 Dekabr 2021 18:12
0 Şərh     Baxış: 2 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Men ştatında hicablı müsəlman qadın ilk dəfə  ştatın böyüklüyünə görə 4-cü şəhərinə mer seçilib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb. 

Məlumata görə,  Sauz-Portlend(Cənubi Portlend) şəhərinin mer seçkilərində Somali əsilli qaradərili müsəlman xanım Daka Dhalak qalib gəlib. Üç il əvvəl Dhalak Cənubi Portlenddə şəhər şurasına seçilən ilk müsəlman qadın olub.

Deka Dhalak ixtisasca sosial işçidir. 2018-ci ildə o, məmur statusunda şəhərinə daha çox fayda gətirə biləcəyinə qərar verib və uğurla şəhər şurasına seçilib. Yeni təyin olunan merin tərcümeyi-halından onun Nyu-England(Yeni İngiltərə) və Nyu-Hempşir universitetlərini bitirdiyi məlum olur. 1992-ci ildə o, ABŞ-a mühacirət edib. Dhalak çoxuşaqlı anadır -  üç övlad böyüdür.

"Çox gözəl idi. Sevincdən göz yaşlarımı saxlaya bilmirəm" -deyə müsəlman xanım jurnalsitlərə bildirib.

Bu xoş xəbər Men ştatının müsəlman icması tərəfindən Amerika müsəlman icmasında artan vətəndaş fəallığının əlaməti kimi qeyd edilib...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.