Maraqlı

Baş ağrılarına səbəb olan 5 QİDA

18 Dekabr 2021 08:41
0 Şərh     Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Statistika göstərir ki, dünyada yaşayan insanların 30%-i tez-tez təkrarlanan baş ağrılarından əziyyət çəkir. Maraqlıdır ki, bəzi qida məhsulları baş ağrılarının yaranmasına təkan verə bilər.

Saglamolun.az bildirir ki, miqren və xroniki baş ağrılarından əziyyət çəkən insanlar bu məhsullardan mümkün qədər çəkinməlidir.

Bu məhsullar arasında:

Pendir

Pendirin tərkibində "tiramin" adlı maddə var. Orqanizmə çoxlu miqdarda daxil olduqda bu maddə baş ağrılarına səbəb ola bilər.

Kolbasa və sosis

Bu məhsulların hazırlanması zamanı nitrat, nitritlər və s. konservantlar istifadə olunur. Bu maddələr damarların sıxılmasına səbəb olur. Damarların sıxılması isə baş ağrılarına gətirib çıxardır.

Dondurma

Ən sevdiyimiz desertlərdən biri olan dondurma da baş ağrılarına təkan verə bilər. Soyuq dondurmanın tez-tez yeyilməsi damarların kəskin sıxılmasına səbəb olur. Bu isə ani baş ağrılarına gətirib çıxardır.

Şokolad

Tünd şokolad kofein maddəsi ilə xüsusilə zəngindir. Çoxlu miqdarda tünd şokolad yedikdən sonra  insanda baş ağrısı yarana bilər.

Banan

Banan və xüsusilə də bananın qabığı "tiramin" maddəsi ilə zəngindir. Bu maddə baş ağrılarının inkişafına təkan verir. Banan yedikdə onu çox diqqətlə təmizləyin ki,  qabığın işərisində olan liflər bananın üzərində qalmasın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.