Maraqlı

İmmuniteti yüksək səviyyədə saxlamaq üçün... 2 VACIB ŞƏRT

16 Dekabr 2021 23:01
0 Şərh     Baxış: 1 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur amerika immunoloqu tibbi elmlər doktoru Erik Xyuz Komsomolskaya pravda qəzetinə müsahibədə immun sisteminin fəaliyyətinə qarışmamağı çağırır.

Alimin sözlərinə görə, immunitetin zəif olması bizi infeksiyalara, mikroblara, orqanizmdə daim əmələ gələn xərçəng hüceyrələrinə qarşı müdafiəsiz edir. Lakin immunitetin lazım olandan güclü olması da çox təhlükəlidir. Bu halda immun sistemi orqanizmin özünə qarşı çıxır, orqanizmin öz hüceyrələrini dağıtmağa başlayır ki, nəticədə çox ağır xəstəliklər meydana çıxır. Alim bu xəstəlikləri "xərçəng qədər qorxulu" adlandırıb. Bu xəstəliklər arasında Bexterev xəstəliyi, qırmızı qurd eşənəyi, psoriaz, Şeqren sindromu və s.

Bu səbəbdən məşhur immunoloq insanlara immuniteti yersiz, səbəbsiz möhkəmləndirmək, müxtəlif preparatlarla stimullaşdırmaq tövsiyə etmir: "İmmunitet çox mürəkkəb və bir çox şeylərdə müəmmalı sistemdir. Bu sistemdə balans çox vacibdir".

Erik Xyuzun sözlərinə görə, 2 vacib şərt - düzgün qidalanma və idman insana immun sistemini daim yüksək səviyyədə saxlamağa kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.