Maraqlı

Avstraliyalı qadın... nəvəsini dünyaya gətirib

14 Dekabr 2021 07:51
0 Şərh     Baxış: 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

46 yaşlı Avstraliyalı qadın Tereza Xoxenxausun 5-ci hamiləliyi çox qeyri-adi olub.

Terezanın qızı Elis uşaqlıqda leykemiyadan əziyyət çəkirdi. Şüa terapiyası lazım olan müalicəvi effekti verib, lakin həkimlər xəbərdarlıq ediblər ki, Elis gələcəkdə heç bir zaman ana ola bilməyəcək. Həkimlərin proqnozları düz çıxdı. Ailə qurduqdan sonra qadın 1 dəfə hamilə qalsa da hamiləliyin 15 həftəliyində uşağını itirib və daha sonra hamilə qala bilməyib.

Təreza qızına kömək etmək məqsədi ilə surroqat ana funksiyasını yerinə yetirib. Süni mayalanmadan sonra embrion Terezanın uşaqlığına yerləşdirilib və 9 aydan sonra hamiləlik sağlam oğlanın doğulması ilə nəticələnib. Uşağın bioloji valideynləri Elis və onun həyat yoldaşıdır.

Daily Mail Australia xəbər verir ki, bu ilk belə hadisə deyil. 5 il bundan əvvəl 61 yaşlı amerikalı qadın Kristina Keysi qızı üçün surroqat ana olub. Kristinanın qızı 35 yaşlı Sara sağlamlığında olan problemlərə görə dünyaya uşaq gətirə bilmirdi. Ana qızının köməyinə gəlib və öz nəvəsini dünyaya gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.