Maraqlı

Diş məcunları üzərindəki xətlərin mənası

14 Dekabr 2021 01:02
0 Şərh     Baxış: 1 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diş məcununuzun tərkibindən xəbərdarsınızmı? O, təbii tərkibə malikdir, yoxsa süni? Tərkibində hansı müalicəvi komponentlər var?

Aldığınız diş məcununun sizə faydalı və ya zərərli olduğunu müəyyənləşdirməyin sadə yolu var. Diş məcunu qablaşdırması üzərindəki xətt kiçik şriftlərlə yazılanlardan daha mühüm məlumatları əks etdirir. Aşağıda sizlərə həmin xətlərin mənasını izah edəcəyik.

Qara - diş məcununda təbii komponent yoxdur, yəni tamamilə sintetikdir.

Qırmızı - qabdakı təbii tərkib süni əlavələrə malikdir.

Göy - təbii tərkibə müalicəvi inqrediyentlər daxildir.

Yaşıl - istifadə etdiyiniz məhsulun kimyəvi əlavəsiz, təbii maddələrdən ibarət olduğunu ifadə edir.

Odur ki, diş məcunu aldığınız zaman üzərində yaşıl xətt olan diş məcunlarına üstünlük verməyiniz tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.