Hadisə

25 gündür itkin düşən kişi axtarılır - FOTO

23 Sentyabr 2021 16:12
0 Şərh     Baxış: 1 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəkidə 55 yaşlı kişi itkin düşüb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Şəki şəhər sakini, 1966-cı il təvəllüdlü Salamov Tofiq Səmail oğlu avqustun 30-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Tofiq Salamovun əlamətləri-boyu 164 sm, gözlərinin rəngi qəhvəyi, saçları ağ və qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar və gödəkçə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.