Hadisə

Salyanda "patı" satanlar saxlanıldı

15 Sentyabr 2021 17:48
0 Şərh     Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Elşən Quliyev və Nahid Qurbanov saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı "patı" kimi tanınan psixotrop maddə metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.