Hadisə

Rusiyada polisin öldürdüyü azərbaycanlının dostları MƏHKƏMƏDƏ

9 Sentyabr 2021 19:30
0 Şərh     Baxış: 1 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il may ayının sonunda Rusiyada polis tərəfindən öldürülən azərbaycanlı gəncin dostları İsmayıl İlkin, Ruslan və Tural Qurbanovların cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin saytında xəbər yerləşdirilib.

Xəbərdə 3 azərbaycanlı gəncin polisə müqavimətdə ittiham olunduğu bildirilir.

Qeyd edək ki, bu il mayın 28-də yol polisi Sibir magistral yolunda içərisində azərbaycanlılar olan "Toyota" markalı avtomobili saxlamağa çalışıb.

Lakin sürücü buna məhəl qoymayaraq yoluna davam edib və o, Moşkovo qəsəbəsi yaxınlığında saxlanılıb. Orada yol polisi ilə yaranan insident zamanı açılan atəş nəticəsində azərbaycanlı Vəkil Abdullayev həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.