Hadisə

İsmayıllıda dağlıq ərazidəki yanğın söndürülüb

31 Avqust 2021 12:25
0 Şərh     Baxış: 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, yanğın nəticəsində ümumilikdə, təqribən, 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.