Hadisə

Qəbələdə koronavirus xəstəsi ictimai yerdə saxlanılıb

30 Avqust 2021 15:54
0 Şərh     Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayon sakini Rəvan Qurbanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydaları izah olunub.Buna baxmayaraq həmin şəxs qanunsuz olaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanan R.Qurbanov evinə geri qaytarılıb.

Onun barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.