Tanınmış jurnalist vəfat etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş baş direktoru, tanınmış jurnalist Şamil Şahməmmədov vəfat edib.
Milli.Az report-a istinadən xəbərinə görə, o, 87 yaşında dünyasını dəyişib.
Ş.Şahməmmədov uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
O, bu gün Biləcəri qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Şamil Məmməd oğlu Şahməmmədov 1934-cü ildə Gəncə şəhərində anadan olub. Fəal jurnalist yaradıcılığı ilə XX əsrin 50-ci illərindən Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsinin tələbəsi olduğu illərdən məşğul olmağa başlayıb.
O, əvvəl radio ilə əməkdaşlıq edib, 1957-ci ildən isə dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti "Bakı"ya işə götürülüb. Burada Ş.Şahməmmədov 30 ildən artıq müddətdə milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə məktəbi keçib. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləyib və nəhayət, baş redaktor vəzifəsinədək yüksəlib.
"Kommunist" ("Xalq qəzeti") qəzetində Baş redaktor müavini və Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) Baş direktor vəzifəsində çalışıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ağdamda 30 hektar ərazidə yanğın başlayıb
-
Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
-
Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb
-
Sabunçuda köhnə aptek bazasında meyit aşkarlandı
-
DİN-dən narkotik əməliyyatı: 6 nəfər saxlanılıb - (Video)
-
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
XƏBƏR LENTİ
-
Bu 3 bürcü böyük sürprizlər gözləyir
-
Müflisləşən məşhurlar -Milyonlar əllərindən necə çıxdı?
-
Stress bu xəstəliyini kəskinləşdirə bilər
-
Bir insanın sizdən xoşu gəldiyini göstərən 7 gizli əlamət
-
Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?
-
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
-
Dünyanın ən təhlükəli canlısı: İldə 700 mindən çox insan ölür
-
Toya xeyli pul xərcləyənlər arasında boşanmalar daha çoxdur
-
Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın
-
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
-
Bu 3 bürcü böyük sürprizlər gözləyir
-
Azad Kəlbəcərin ilk təhsil müəssisəsinin yeganə şagirdi tələbə oldu
-
Nərgiz Cəlilova efirə qayıdır
-
Bu ixtisasa keçid balı 697 oldu
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - (Video)
-
Ağdamda 30 hektar ərazidə yanğın başlayıb
-
Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
-
Ali təhsil müəssisələrinə qəbul olunanların neçə nəfəri pulsuz oxuyacaq?
-
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - (Foto)
-
Kriminal avtoritet İsraildə qətlə yetirildi
-
Adil Dəmirov ölkəmizə ekstradisiya olunacaq
-
Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - ( Foto)
-
Şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək - ADY





