Hadisə

Ağdaşda sexdə fəhlənin qolu dəzgaha düşüb qopdu

7 May 2021 14:16
Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş rayonunda sexdə fəhlə işləyən şəxsin qolu dəzgaha düşüb.

Ağdaş rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, mayın 6-da saat 15 radələrində Ağdaş rayonu, Qarağan kəndi ərazisində yerləşən sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, İlkin Məcidov məişət tullantılarının emalı və plastik məmulatları sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət alıb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.