Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində 5 avtomobilə ciddi ziyan dəyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində kran küçədə dayanan 5 avtomobilin üzərinə aşıb. Həmin avtomobillər tam yararsız vəziyyətə düşüb.
Hadisə nəticəsində 1 nəfər kranın sürücüsü dünyasını dəyişib.
Milli.Az